27 Mart 2020 13:37
4 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına birmənalı riayət etməliyik. Bunun alternativi yoxdur. İnsanlarımızın koronavirusdan qorunmasının ən optimal yolu sosial izolyasiyadır. İnsanlarımızı bu qaydalara riayət etməyə çağırıram.

Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyuib Hüseynov Teleqraf.com-a açıqlamasında deyib.

Onun fikrincə, COVİD-19-dan qorunmağın yeganə yolu izolyasiyadır. Bunula belə Eyyub Hüseynov insanların buna çox da çalışmadığı fikrindədir:

“Əslində bunun da müəyyən səbəbləri var. Uzun illər bizdə belə vəziyyət yaşanmayıb. Ölkəmizdə sunami, böyük zəlzələlər olmayıb. İnsanlarımız da bir növ ekstrimal vəziyyətə hazır deyillər. Ola bilsin ki, bizdə insanlarımızın bu mədəniyyəti yeni-yeni formalaşır. Hesab edirəm ki, bu məsələdə din xadimlərimizin də ciddi rolu var. Din xadimlərimiz insanlara bu haqda çağırışlar etməlidir. Elə tanınmış ziyalılar, ictimai xadimlər də bu istiqamətdə təbliğat aparmalıdırlar. Bizdə “Allah nə yazıbsa, orada da əcəlim tamam olacaq” prinsipi ilə yaşayan insanlar var. Lakin Quranda “bədənini daima hifz elə”, yəni qoru kimi kəlamlar da var. Din xadimləri bu məsələləri açmalı, yaxşı şərhlər verməlidirlər. Hər halda biz müsəlman ölkəsiyik, dinə xeyli inanan vətəndaşlarımız var”.

Eyyub Hüseynov xatırladıb ki, dövlət sosial izolyasiya, koronavirusun yayılmasını lokallaşdırmaq məqsədilə vacib olan addımları atıb:

“Bir daha əhalimizi karantinin şərtlərinə əməl etməyə, izolyasiya prosesini genişləndirməyə dəvət edirəm”.


Müəllif: Cavad