1 May 2020 13:32
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib sayıram".

Teleqraf.com xəəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov Hesablama Palatasının hesabatı haqqında danışarkən deyib.

Onun fikrincə, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır: “Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”

Siyavuş Novruzov nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər