29 İyun 2020 12:27
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT-lərin təsis sənədləri haqqında edilən dəyişiklik, sənədlərin elektron qaydada qəbul edilməsi yaxşı haldır, amma bu, inqilabi dəyişiklik deyil. Sadəcə olaraq əvvəl kağız formasında verilən sənədlər indi elektron qaydada qəbul ediləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Razi Nurullayev əlavə edib ki, bəzi saytlarda bu, inqilabi dəyişiklik kimi təqdim edilir:

“Guya ki, bununla da QHT-lərin problemləri həll olunacaq. Burada dəfələrlə mən, həmkarım Azay Quliyev də deyib ki, QHT-lərin işini asanlaşdırmaq üçün bir neçə il əvvəl QHT-lərin fəaliyyətini məhdudlaşdırılması ilə bağlı qəbul olunan qanunlar dəyişdirilsin. Yalnız bu halda QHT-lərin problemləri həll oluna, nəzərdə tutulan ictimai işləri, dəstəyi verə bilər. Bu qanunun baxılmasını maksimum dərəcədə tezləşdirmək lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər