29 İyun 2020 20:14
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyibş Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək”.

Bunu Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu gün Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması təşəbbüsü dünyanın ən aparıcı televiziya və media orqanlarında yayımlanır:

“İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyadan dəstək gəlir. Bu hadisənin çox böyük əhmiyyəti var. Bu, təkcə prezidentin öz ölkəsinin vətəndaşlarının təhlükəsizliyinə yox, digər dövlətlər və onların vətəndaşlarına olan münasibətin göstəricisidir. İlham Əliyevin bu məsələyə yönəlik siyasi birbaşa insan foktoruna söykənir. Bu, bir daha onun insansevrliyinin bariz nümunəsidir”.

Niyaməddin Orduxanlı qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır:

“İlham Əliyev bu yaxınlarda öz çıxışında qeyd etdi ki, indiki vəziyyətdə Azərbaycan dövləti koranavirusla mübarizədə 30 dövlətə rəsmi yardım edib. Bilirsiniz, 30 dövlətin tərkibində milyonlarla insan var. Yəni Prezident milyonlarla insana dəstək göstərib. Bu bizim xalq üçün qürurvericidir. Azərbaycan çox da böyük dövlət deyil. Ancaq buna baxmayaraq, indiki vəziyyətdə heç bir ölkədən, təşkilatdan yardım almadan , həm öz 10 milyonluq vətəndaşına qoruyursan, həm də 30 ölkənin milyonlarla vətəndaşına yardım edirsən.

Bilirsiniz ki, Prezidentin 600 min vətəndaşımıza, on minlərlə sahibkara, 300 mindən artıq aztəminatlı ailələrə ərzaq və tibii yardımın olunmasına dair sərəncamları oldu. Pandemiya insanların həyatını təhlükə altına qoymaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünütəcridlə yanaşı, qlobal həmrəyliyə də böyük ehtiyac var. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleyası və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü də fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı”.

Partiya rəsmisi bildirib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi:

“Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış çox müsbət qarşılanır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir”.


Müəllif: Mənsur Rəğbətoğlu