9 İyul 2020 17:59
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi dünyada şirin su qıtlığı müşahidə edilir. Əslində bir çox yerdə hiss edilmədən su ehtiyatları uğrunda mübarizə gedir. Məsələn, Hindistanla Çin arasında bu problem var. Afrikanın böyük ölkələri arasında su uğrunda münasibətlər gərgindir. Faktiki olaraq Misirlə Efiopiya və Sudan arasında su ehtiyatlarına görə münasibətlər hamar deyil, eləcə də İsrail-Fələstin və İran-İraq arasında... Odur ki, dünyada su qıtlığı dərinləşdikcə amansız qarşıdurmalara şahid ola bilərik.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

O qeyd edib ki, zaman irəlilədikcə dünyada enerji resursları istiqamətində şirin su nefti qabaqlayır:

“İndi neft uğrunda amansız müharibə o qədər də ehtimal edilmir. Amma şirin su ilə bağlı bunu demək çətindir. Bu mənada su qıtlığı, quraqlıq dövlətlər arasında müharibəyə səbəb ola bilər”.

Professor əlavə edib ki, Azərbaycan da bu prosesdən kənarda qalmayıb:

“Hazırda Kür çayının qurumağı ilə bağlı təhlükə var. O cümlədən, Sərsəng su anbarı Azərbaycanın olduğu halda erməni işğalı altındadır və bu, ölkəmizin su təminatında problem yaradır. Sərsəng su anbarı Azərbaycanın mülkiyyətində olsa da, indi bu anbardan ermənilər istifadə edir. Bir sözlə, problemlər çoxdur və bu, təsadüfi deyil. Eyni zamanda bütün ölkələrdə fəsildən asılı olaraq suvarma, su paylaşdırılması məsələsi var. Demək olar ki, su problemi hər yerdə var. Bir sözlə, indi su uğrunda az qala “soyuq müharib”ə gedir, çoxları çalışır ki, su bol olan yerləri tutsun və ya suyun qabağını kəsib başqa yerə getməsinə imkan verməmək kimi təcrübələr var. Kimin nə deməsindən asılı olmayaraq, hazırda dünyada su qıtlığı özünü ciddi şəkildə göstərir”.


Müəllif: Cavad

Oxşar xəbərlər