23 İyul 2020 09:05
4 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz çalışmalıyıq ki, Türkiyə və Rusiya arasında müharibə heç vaxt baş verməsin. Çünki Türkiyəni sevməyən dövlətlər çoxdur. Həm də nəzərə almaq lazımdır ki, Rusiya burada təkcə özünün deyil, Yunanıstan və Ermənistanın da hayıfını çıxmağa çalışacaq.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev “Rusiya ilə Türkiyə arasında müharibə” ehtimalı haqqında danışarkən deyib.

Siyasi şərhçi qeyd edib ki, belə bir müharibə şəraitində bizim zəmanətimiz olmayacaq ki, hadisə ABŞ ilə Rusiya arasında razılaşdırılmış oyun deyil:

“Hazırda bütövlükdə türk dünyasının liderinə çevrilən Türkiyəyə ABŞ və Avropa dövlətləri qısqanclıqla yanaşır. Odur ki, bu məsələlərdə səbrli olmaq, soyuq başla düşünmək lazımdır. Biz daima qaynar başla düşünür və səhv edirik. Onsuz da ərazilərimiz işğal altındadır. Belə bir halda Türkiyəni prosesə qatmağımıza ehtiyac yoxdur. ABŞ da bir tərəfdən Türkiyəni dəstəkləyir, digər tərəfdən S-400 aldığına görə, sanksiya tətbiq edir. İri dövlətlər daima öz maraqları üçün ən yaxın dost ölkələri də qurban verirlər. Ona görə ehtiyatlı olmaq lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər