Dağlıq Qarabağdakı döyüşlərdə Azərbaycan Ordusunun tərəfində hərbçilərimiz döyüşmür.
Teleqraf.com xəbər verir ki, bunu erməni mətbuatının Pakistan ordusunun Dağlıq Qarabağda Ermənistana qarşı Azərbaycan qoşunları ilə birlikdə döyüşdüyü ilə bağlı iddialarına cavab olaraq Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zahid Hafiz Çoudri deyib.
XİN rəsmisi bunun spekulyativ və əsassız olduğunu bildirib.
Ermənistanı gərginliyi yaratmaqda və mülki əhalini atəşə tutmaqda ittiham edən Çoudri bildirib ki, İrəvan hərbi əməliyyatları dayandırmalı, ordusunu Qarabağdan çıxarmalıdır.
Pakistan XİN rəsmisi sonda ölkəsinin Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyini bildirib.