12 Dekabr 2020 17:03
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi tarixi şəxsiyyətdir. Onun həyatı və fəaliyyəti, dövlət idarəçiliyində iştirakı xalqımızın mühüm tarixi dövrünü əhatə edir. O, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Bu xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb.

Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

O qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir:

"O öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, qətiyyət, siyasi iradə sayəsində xalqını, qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ulu öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanacaq”.

Bahar Muradova bildirib ki, Ulu öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda mövcud imkanlardan yararlanaraq tarixi əhəmiyyətli, gələcəyə yönəlmiş addımlar atdı:

“Azərbaycan dilinin 1978-ci il konstitusiyasinda dövlət dili kimi rəsmiləşdirildi. Təhsil və elm sahəsində ana dilimizdə nəşrlərin sayı artmağa başladı. İttifaqın resurslarının respublikanın hərtərəfli inkişafı ücün yönəldilməsi barədə vacib qərarların qəbul olunması Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda kadrların yetişdirilməsi, gənclərin ittifaq təhsil müəssisələrinə göndərilməsi gələcəyə hesablanmış addımlar idi. Hərbi sahədə kadrların yetişdirilməsi üçün Ulu öndər böyük işlər görüb. Bakıda C. Naxçıvanski adına hərbi məktəbin yaradılması, hərbi kadrlar hazırlayan ali məktəblərə azərbaycanlıların göndərilməsi də uzaqgörən siyasətin nəticəsi idi. Zaman da göstərdi ki, həmin hərbi kadr potensialı Qarabağ uğrunda gedən müharibədə Azərbaycanın zabit və komandirlər korpusunun əsasını təşkil etdi. Ona görə də bunkarı birmənalı şəkildə müstəqilliyin əsaslarının formalaşmasına yönəlmiş addımlar hesab etmək olar”.

Komitə sədri söyləyib ki, müstəqilliyin ilk illərində Azərbaycanda olduqca təhlükəli vəziyyət yaranmışdı:

“Xalqın xilası üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı. Xalqın təkidlə hakimiyyətə qayıtmasını tələb etməsi nəticəsində Ulu öndər prosesləri təhlükəsiz məcraya, vətəndaş müharibəsindən xilas yoluna yönəltməyi bacardı. Prezident seçildikdən sonra Ümummilli lider birbaşa xalqa müraciət etdi. Bundan sonra gənclərimiz könüllü olaraq kütləvi şəkildə cəbhəyə yollandı. Vətən övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi işğaldan azad olundu. Nəticədə düşmən atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə qədəm qoydu”.

İdarə heyətinin üzvü Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün də fundamental əsas kimi çıxış etdiyini əlavə edib:

“XXI əsrin əvvəlində dünyadakı proseslər dəyişirdi. 2003-cü ilin ortalarında ulu öndərin qəbul etdiyi vacib qərarlardan biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr üçün prezidentliyə namizədliyinin irəli sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı yekdilliklə dəstəklədi. Xalq böyük səs çoxluğu ilə cənab İlham Əliyevi dövlət başçısı seçməklə bu davamlı inkişafın təmin olunmasına böyük dəstək verdi. Bundan sonra Azərbaycanda inkişaf dövrünün yeni mərhələsi başladı. Ötən 17 ildə Azərbaycanın regionda, dünyada, beynəlxalq hüququn ən mühüm aktorlarından birinə çevrildi. Vətəndaşların, dövlətin təhlükəsizliyinin müdafiəsi yönündə çox mühüm işlər görüldü.Cənab Prezident İlham Əliyevin atdığı addımlar beynəlxalq dairələr tərəfindən də dəstəklənir. Etiraf edilir ki, Azərbaycan son 17 ildə olduğu qədər qüdrətli və qətiyyətli mövqeyə malik olmayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa edildi. Bu gün biz bu Qələbənin sevincini, onun doğurduğu fəxarət hissini yaşayırıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər