16 Dekabr 2020 10:07
5 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici işlər naziri Ara Ayvazyan mənə noyabrın 10-da Azərbaycanla imzaladıqları anlaşmanın şərtlərini yerinə yetirməli olduqlarını dedi.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian deyib.

Fransa parlamentində çıxış edən nazir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamalar verib:

“Erməni həmkarım Ara Ayvazyanla ötən həftə Parisdə görüşdüm. Dəstəyə görə Fransa və prezidentinə təşəkkür etdi. Noyabrın 10-da Azərbaycanla imzaladıqları anlaşmanın yerinə yetirilməsinin lazım olduğunu bildirdi. Həmçinin, bölgədə sabitliyin təmin olunması üçün Minsk Qrupu formatının qalması məsələsində Fransaya güvəndiklərini dilə gətirdi”.

Münaqişədə həmişə işğalçının mövqeyindən çıxış edən Fransanın baş diplomatı ilin sonunadək Ermənistana iki təyyarə yardım göndəriləcəyini də açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu