Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Vətənə fədakarcasına xidmətiniz, milli mənafeləri qətiyyətlə müdafiə etməyiniz, dövlət başçısı vəzifəsində uzaqgörən və konstruktiv siyasətiniz sayəsində Siz haqlı olaraq öz xalqınızın böyük hörmətini və beynəlxalq birliyin yüksək nüfuzunu qazanmısınız.
Sizin güclü rəhbərliyinizlə qardaş Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz dövlətinin ərazi bütövlüyünü bərpa etməyi bacardı, sosial-iqtisadi inkişafda və milli birliyin möhkəmlənməsində sanballı uğurlar qazandı.
Qazaxıstan Sizin şəxsinizdə ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın dinamik inkişafında, Xəzər regionunda qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrdə həqiqətən maraqlı olan etibarlı dost və tərəfdaşa malikdir.
Əminəm ki, xalqlarımızın dostluğu və onların mədəni qohumluğu bundan sonra da Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının möhkəm təməli olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".