29 Dekabr 2020 12:07
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Cənubi Qafqazdakı aqressiv davranışı Türkiyəni Mərkəzi Asiya, Gürcüstan və Ukraynada fəallaşmasına rəvac verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert bölgədə gedən son proseslərə - Türkiyə və Rusiya arasındakı geosiyasi rəqabətə diqqət çəkib:

“Tez və ya gec Türkiyə və Rusiya Cənubi Qafqazda toqquşacaqlar. Ankaranın Ukraynada, Gürcüstanda, Qazaxıstanda mümkün möhkəmlənməsi Moskvanın Qarabağda aqressiyasının nümayiş etdirilməsi ilə nəticələnəcək. Əksinə, Rusiyanın Cənubi Qafqazdakı aqressiv davranışı Türkiyəni adıçəkilən ölkələrdə hərbi fəaliyyət istiqamətində daha da aktivləşdirəcək.

Hər iki dövlət siyasi təsir coğrafiyalarını bir - birinin qonşuluğunda genişləndirərkən toqquşmaların baş verməsi də mütləqdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər