7 Aprel 2021 15:25
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə ikitərəfli əlaqələrin gündəliyini, inteqrasiya proseslərini, habelə Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsini müzakirə edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Raket haqqında heç nə deyə bilmərəm, bilmirəm, məlumatım yoxdur”, – deyə Peskov jurnalistlərin Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Azərbaycanın ixrac üçün deyil, daxil üçün nəzərdə tutulmuş “İskəndər” raketləri aşkarlamasına dair məruzə alıb-almaması ilə bağlı sualına cavab olaraq deyib.

Ermənistan lideri ilə söhbət üçün mövzulara gəlincə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, bu, ikitərəfli gündəm olacaqdır.

“Bizim aktiv hökumətlərarası komissiyamız işləyir, baş nazirin müavini Aleksey Overçuk biz tərəfdən həmsədrdir. Bu, əlbəttə ki, həm də inteqrasiya prosesləridir. Çünki bizim Ermənistanla həm də MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsində sıx iqtisadi əməkdaşlığımız var. Əlbəttə ki, Qarabağla bağlı üçtərəfli bəyanatın necə həyata keçirildiyi və bölgədə dinc həyatın nə qədər yaxşılaşdığı, nəqliyyat infrastrukturunun inkişafı və blokdan çıxarılması və sair məsələlər müzakirə olunacaq”, – deyə Peskov bildirib.


Müəllif: Səxavət Həmid