18 İyun 2021 16:34
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışı Azərbaycan-Türkiyə qardaşlığının təcəssümüdür. Çox hörmətli qardaş ölkənin prezidenti səmimi çıxışında iki ölkənin birlikdə atdığı və atacağı addımlardan bəhs etdi. Sözsüz ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, sıx münasibətdə olan ikinci bir dövlət yoxdur. Bu yaxınlıq, qardaşlıq isə bölgədə sülhə təhlükəsizliyə, region dövlətlərinin və xalqlarının müqqədəratına xidmət edir.

Bunu Teleqraf com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi:

“Torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində beynəlxalq ictimaiyyət iki ölkə arasında qardaşlığının möhkəmliyini və sarsılmazlığını gördü. Vətən müharibəsində Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyən Türkiyə qardaşlıq və mənəvi missiyasını yerinə yetirdi. 15 iyun Milli Qurtuluş Günündə isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri mühüm tarixi bir hadisə idi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi strateji tərəfdaşlığın növbəti təcəssümüdür”.

Cavid Osmanov hesab edir ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı məsələ xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan və Türkiyəni Naxçıvan vasitəsi ilə birləşdirən Zəngəzur dəhlizinin açılması əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək. Zəngəzur dəhlizi ilə bütün Türk dünyası birləşəcək. Şuşa Bəyannaməsində bununla bağlı xüsusi bir bəndin olması məsələnin mahiyyətini nümayiş etdirir. Bu amil bölgədə yeni reallığın yarandığını təsdiqləyir”.

Millət vəkilinə görə, Şuşa Bəyannəməsi Azərbaycan və Türkiyənin milli maraqlarını ehtiva edir:

“İki ölkənin münasibətləri strateji məzmun kəsb edir. Strateji müttəfiqlik münasibətlərini müəyyən edən sənədlər mövcuddur. Bu mənada Şuşa Bəyannaməsi müttəfiqliyi möhkəmlətməklə yanaşı, yeni siyasi bir məzmun kəsb edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər