21 İyun 2021 15:22
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu, nəticələri də artıq bəllidir. Səslərin hesablanmasına görə Paşinyan liderdir. O, güclü siyasi qruplaşma sayılan “Qarabağ klanı”nın namizədi cinayətkar Köçəryandan üç dəfə çox səs topladı. Azərbaycanın işğaldakı ərazilərində talançılıqla milyonlar qazanan mafioz Köçəryan uşaq adlandırdığı və Ermənistanın məğlubiyyətini bütövlükdə adına yazmağa çalışdığı Paşinyana biabırcasına məğlub oldu.

Bunu Teleqraf.com-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

Siyasi şərhçiyə görə, Ermənistdandakı hazırkı durum 27 sentyabrdan 8 noyabra qədər baş verən hadisələr və onların məntiqi nəticəsidir: “Bunu nəticəsi kimi 10 noyabrda imzalanan Bəyanat xüsusi vurğulanmalıdır. Sadəcə həmin hadisələri, imzalanan bəyanatı, bununla da Azərbaycanın müəllifliyi ilə ortaya qoyulmuş və artıq tarixi zərurətə çevrilmiş yeni reallığı dərk etmək bacarığı lazım idi. Bunu isə “Dəmir yumruğ”un zərbəsini dadmış və ondan lazımi nəticə çıxarmış Paşinyan zamanında dərk etdi.

Nikol elə buna görə də müharibədə məğlubiyyətə, ona və ailəsinə qarşı hazırlanmaqda olan vendettaya rəğmən kapitulyasiya aktına imza atdı, erkən seçkilər elan etdi”.

Xəyal Bəşirov hesab edir ki, mafioz və terrorçu Köçəryanı Paşinyan və onun siyasi potensialı deyil, Prezident İlhan Əliyevin uğurlu siyasi diplomatiyası darmadağın etdi: “Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə çıxış edərkən müzəffər Ali Baş Komandan “biz Paşinyanın deyil, Köçəryan və Sarkisyanın ordusunu məğlub etdik” deyə vurğuladı.

Bütün bunların fonunda artıq mina xəritələri, sərhəd və Zəngəzur dəhlizi ilə bağlı problemlər çox qısa zamanda həllini tapacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər