30 İyun 2021 13:52
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi xidmətdə bir və il yarım olan insanların xeyli hissəsi mülki həyata dönərkən lazımi hərbi vərdişləri mənimsəyə bilmirlər. Bu da müəyyən problemlər yaradır. Ordu insanların boş vaxt keçirdiyi bir yer deyil. Ona görə də, yaxşı əsgər hazırlamaq gələcək ordunun daha da güclü olmasının təminatıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, hərbçi hazırlamaq üçün də zəruri işlərin hamısı görülməlidir: “Orduda artıq xüsusi bir intizam tətbiq olunmalı, kadrların savadlılıq nəticəsinə baxılmalıdır. Bir sıra mənfi ənənələr dayandırılmalıdır. Eyni zamanda bir çox məsələlər öz həllini tapmalıdır. Çünki 44 günlük müharibə dövründə də əsas ağırlıq xüsusi təyinatlıların və yaxud xüsusi təlim keçmiş qüvvələrin üzərinə düşüb. Daha hazırlıqlı, peşəkar hərbçi rolu qabardılmalıdır. Əsgər peşəkar olduqda döyüşdə itkinin də sayı az olur”.

Fazil Mustafa hesab edir ki, daha yeni bir keyfiyyətdə ordu quruculuğuna diqqət ayrılmalıdır: “NATO standartlarının tətbiqi üçün türk ordusunun nümünəsindən geniş yararlanılmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər