Azərbaycanda dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,1% artıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
O əlavə edib ki, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb:
"Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23 %-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Növbəti ildə bu inflyasiyanın səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.