“Ermənistanın bəzi xarici ölkələrdəki səfirləri Qarabağla bağlı yeni tezislər irəli sürürlər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib.
Onun fikrincə, bu və ya digər ölkənin hakimiyyət orqanları ilə görüşən zaman erməni səfirləri bölgədə sülh dövrünün başlanması üçün onlardan kömək istəyirlər:
“Başqa sözlə, Qarabağ probleminin artıq həll olunduğunu və Qarabağın artıq Ermənistan üçün prioritet olmadığını deyirlər. Onların yerləşdiyi ölkələrdə bu, Qarabağdan tamamilə imtina mövqeyi kimi qəbul edilir. Buna cavab olaraq adətən belə deyirlər: “Yaxşı, Qarabağ sizə artıq lazım deyilsə, o zaman diqqəti başqa məsələlərə yönəldək.
Başqa sözlə, xarici ölkələrə çatdırılır ki, Qarabağın qalan hissəsini də heç bir şəkildə əldə saxlamağa ehtiyac yoxdur”.