7 İyun 2022 08:00
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.

Bu barədə Teleqraf.com-a Türkiyənin Vaşinqtondakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər