8 İyun 2022 21:53
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının nümayəndəsi Toiva Klaar “status” verilməsi ilə bağlı Qarabağda yaşayan ermənilərin rəyinin nəzərə alınmasının vacibliyini söyləyib. Bu sözsüz ki, yanlış bir mövqedir. Azərbaycanın daxili işlərinə qarışmaqdır. Çünki Qarabağda yaşayan ermənilər ancaq Azərbaycan vətəndaşlığı ala bilər və onların tərəf kimi çıxış etməyə hüquqları yoxdur. Kimin nə deməsindən asılı olmayaraq proses belə də həll olunacaq.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkiyədən sonra Ermənistana sabah nəzərdə tutulan səfərinə də münasibət bildirib: “S.Lavrov bundan Türkiyədən sonra Ermənistanda da Qarabağ məsələsini müzakirə edəcək. Onun Ermənistanda nəyi müzakirə edəcəyi məlumdur. Çünki üçtərəfli bəyanata görə Rusiyanın vəzifəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Xankəndini tezliklə Azərbaycanın suverenliyinə qaytarmaqdan ibarət idi. Bu müharibəsiz, dinc yolla həll mümkün olan bir məsələdir. Amma bu istiqamətdə heç bir addım atılmayıb və nəzərdə tutulan kommunikasiyalar açılmayıb və s”.

Sərdar Cəlaloğlu hesab edir ki, Rusiya Ukrayna müharibəsi fonunda təklənib ona görə də, mümkün qədər öz mövcudluğunu hiss etdirir: “Bu baxımdan S.Lavrovun Ermənistan səfərinin arxasında başqa bir niyyətin və nəticənin olduğunu düşünmək olmaz. Azərbaycan xalqınını iradəsinə qarşı çıxmaq mümkün deyil. Çünki beynəlxalq hüquq və konstitusiya var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Xankəndi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Orada yaşayan erməniləra də hər hansı bir “status” verilə bilməz. Əksinə orada hələ də qalmaqda olan separatçıların Azərbaycana qarşı addımlarına hüquqi qiymət verilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər