17 İyun 2022 20:00
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlinin həbsdə olan radikal şiə fəalı Taleh Bağırzadəni davamlı və prinsipial şəkildə müdafiə etməsi partiya daxilində narazılıqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, artıq bir neçə şəxs partiyadan istefa verdiyini bəyan edib.

Qeyd olunur ki, Ə.Kərimlinin İranın buradakı təbliğatçısı olan T.Bağırzadəni dəstəkləməsi AXCP-nin təməl prinsiplərinə, dünyəvilik və cümhuriyyət dəyərlərinə ziddir.

Partiya rəhbərliyindəki şəxslər "biz Taleh Bağırzadənin ideologiyasını deyil, pozulmuş hüquqlarını müdafiə edirik" bəyan etsələr də, bu, AXCP üzvləri tərəfindən səmimi qarşılanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər