7 İyul 2022 16:50
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəsüf ki, antimilli qüvvələr müxtəlif ucuz əməllərlə Milli Məclisin deputatlarına qarşı şər-böhtan kampaniyasını davam etdirirlər. Bəziləri xaricdə oturub sosial şəbəkələrdə özlərinin əxlaq və tərbiyəsinə uyğun söyüşlər söyür, bəziləri də ölkə daxilində oturaraq dövriyyəyə əsassız informasiyalar yaymaqla ləyaqətli və hörmətli insanlara qarşı ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili son iki gündür ki, belə ucuz əməllərlə Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü, həmkarı Cavid Osmanovun ətrafında da həqiqəti əks etdirməyən yalan informasiya uydurulduğunu söyləyib: “Onu yaxından tanıyan bir şəxs kimi deyə bilərəm ki, Cavid Osmanov yüksək əxlaqlı, tərbiyəli, savadlı və sözünü heç nədən çəkinməyərək yerindəcə ünvanına çatdıran, cəmiyyətdə hörmət qazanmış millət vəkilidir. Cənab Prezidentimizin siyasətinə sadiq olan Cavid Osmanov anti-milli şuranın və digər radikalların nöqsanlarını və səriştəsizliklərini mütəmadi olaraq ifadə etməsi onların xoşuna gəlmir. Ona görə də, radikallar Cavid Osmanovun ətrafında belə saxta informasiyanı uydurublar”.

Deputat hesab edir ki, cəmiyyət kimin kim olduğunu yaxşı tanıyır: “Belə ucuz şər-böhtanlar Cavid müəllimə yapışmaz. Saxta informasiyaları yaymaqla məşğul olanlar bilsinlər ki, dövlətimizin tanınmış simalarına qarşı belə ucuz əməllərin işlədilməsi onlara heç vaxt hörmət gətirməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər