18 Sentyabr 2022 00:18
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müharibəsi ilə başlayan geosiyasi mübarizənin ikinci, daha doğrusu növbəti cəbhəsi Cənubi Qafqaz olur: sərhəddə baş verən son döyüşlər Azərbaycan-Ermənistan xəttindən daha uzağa gedir və İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi; Bakı üçün risklər ola bilər, amma ən böyük zərbəni plasdarm olan Ermənistan alacaq, çünki mövcud reallığı böyük güclərdən daha çox coğrafiya diktə edir.

Pelosinin İrəvana səfərini bu kontekstdə qiymətləndirmək olar. Və onun “Bu gün ABŞ-dan Ukraynaya, Tayvana, Ermənistana kimi dünya demokratiya və diktatura arasında seçim qarşısındadır” açıqlaması ABŞ-ın hansı istiqamət üzərindən siyasət yürüdəcəyini də göstərir. İstisna deyil ki, qarşıdakı dövrdə “Azərbaycan Ermənistana təcavüz edir” deyənlər yeni kampaniyaya başlayacaq.

Çünki son hadisələr başlanğıc idi və həlledici məqam hələ qarşıdadır, ötən əsrin əvvəlində ermənilərə qondarma dövlət yaradablar bu dəfə xilas edə bilməyəcək.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər