27 Sentyabr 2022 17:04
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Teleqraf.com-un məlumatına görə, sonra hər iki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının, Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirələri ehtiramla yad olunub, məzarlarının önünə gül dəstələri düzülüb.


Müəllif: Tapdıq Qurbanlı