"Azərbaycan mina terrorundan əziyyət çəkir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.
"Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb", - İlham Əliyev qeyd edib.