Dinimizə görə səhura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda səhur (obaşdanlıq) yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, dinşunas alim Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, dinimizə görə səhura qalxmaq orucu bərəkətli edir:
“Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub:
"Səhur (obaşdanlıq) yeməyini yeyin!” Bəzən insanlar səhur (obaşdanlıq) yemədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir”.
Alim bildirib ki, əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır:
“Gəlin özümüzdə səhura (obaşdanlıq) qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək.
Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun!"