29 Noyabr 2023 16:16
2 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hələ də Ermənistanın işğalı altında olan kəndlərinin azad edilməsini tələb edir. Ölkəmizin bu məsələdəki israrlı mövqeyi erməni tərəfindən növbəti təşvişə səbəb olub. Qarşı tərəf iddia edir ki, həmin kəndlər boşaldılmasa Azərbaycan hərbi müdaxilə edib məsələni həll edəcək. Bu əslində onların öz narahatlıqları ilə bağlıdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Son vaxtlar baş verən proseslər onu göstərir ki, vaxt uzandıqca bundan yararlanmağa çalışan qüvvələrin də sayı çoxalır. ABŞ, Fransa, Rusiya zaman uzandıqca Azərbaycana yerində olmayan tələblər irəli sürür. Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyanın da guya Azərbaycanda onların 31 kəndinin olması ilə bağlı absurd iddia ilə çıxış etməsi erməni tərəfinin ərazi iddiasından imtina etmədiyini göstərir” - deyə o qeyd edib.

Polkovnik hesab edir ki, Azərbaycan bu məsələdə növbəti dəfə öz qətiyyətini ortaya qoyacaq:

“Ermənistandan tələb edilməlidir ki, sülh sazişi imzlayaraq Azərbaycanın işğal altında qalan 8 kəndini təhvil versin. Fakt odur ki, Azərbaycan heç kimin ərazisini işğal etməyib. Sərhədlər dəqiqləşdikdən sonra bəzi məsələləri müzakirə etmək olar”.

Üzeyir Cəfərova görə, erməni tərəfi hazırda vaxt udmağa çalışır:

“Düşünürlər ki, bir neçə il belə davam edəcək. Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən aldıqları silahlarla Azərbaycan qarşı hansı bir təzyiq elementlərindəın istifadə edəcəklər. Ehtimalları var ki, bu təzyiqlər fonunda Azərbaycan guya hansısa güzəştlərə gedəcək. Ona görə də, məsələni çox da uzatmaq lazım deyil. Onlara konkret vaxt verilməli və tələb olunmalıdır, Masa arxasında məsələ həll olunmasa, proses başqa müstəviyə keçəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər