4 Dekabr 2023 16:46
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riyakar, ikiüzlü və qərəzli siyasət Fransanın hazırkı iqtidarının həyat tərzinə çevrilib. Rəsmi Paris xarici və daxili siyasətindəki uğursuzluqlardan dərs çıxarmaq istəmir, əksinə, dünyanın fərqli yerlərindəki keçmiş müstəmləkələrindən sürətlə təcrid olunmaqdadır. Bununla belə, Prezident Emmanuel Makron və onun hökuməti revanşizmə üstünlük verən ölkələri silahlandırmaq siyasətini davam etdirir.

Fransa riyakarlığını, ikiüzlülüyünü bir neçə faktla da sübut etmək mümkündür. Məsələn, Fransa prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfər edəndən sonra İsrail və HƏMAS arasında vasitəçi qismində çıxış etdiyini bildirir, bir növ "sülh göyərçini" olmağa çalışır. Digər tərəfdən, onun təqdimatı ilə Cənubi Qafqazda sülh prosesinə əngəl siyasəti yürüdülür.

Fransa Senatı Makronun "xeyir-duası" ilə hakimiyyətə Ermənistana artıq hücum silahlarının göndərilməsi çağırışını edib. Bəli, məhz hücum silahları. Söhbət özüyeriyən CAESAR artilleriya qurğularından gedir. Bu barədə təklif Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin 2024-cü il müdafiə xərclərində öz əksini tapıb. Böyük ehtimalla bu silahlar da Ermənistana veriləcək. İndiyə qədər Makrondan tutmuş komandada təmsil olunan əksər məmurlar hayların zəif olduğunu, bu səbəbdən də müdafiə silahları ilə təmin edilməsinin zəruriliyini irəli sürürdülər. Hətta Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada səfərdə olarkən müxtəlif müdafiə silahlarının tədarükü ilə bağlı razılıq əldə edib. İndi isə bəyan edilir ki, ermənilərin müdafiə yox, hücum tipli silahlara ehtiyacı var. Bəs kimə hücum edəcək? Yəqin Fransa hakimiyyətinin bununla da bağlı planı mövcuddur.

Qeyd edək ki, Fransa parlamentinin spikeri Jerar Larşe də bir müddət əvvəl Makronun planına uyğun olaraq hökumət qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbi ilə çıxış etmişdi. Mediada yer alan xəbərlərdə göstərilir ki, Fransa artıq Ermənistana 50 ədəd zirehli döyüş texnikası göndərib. Paralel olaraq rəsmi Paris İran vasitəsilə Hindistan istehsallı “Trajo” haubitsalarının göndərilməsini təşkil edib. Fransanın Seazar - artilleriya sistemlərinin analoqu olan bu silahlar Hindistanda fransız şirkətinin lisenziyası əsasında istehsal olunur.

Göründüyü kimi, riyakarcasına beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransa öz ampulasındadır, hər vəchlə də Ermənistanı kütləvi silahlandırma proqramını reallaşdırmağa çalışır.

Bu ilin oktyabrında Fransanın xarici işlər naziri Ketrin Kolonna da Parisin Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı müqavilələrin bağlanmasına razı olduğunu bildirib.

Artıq əminliklə deyə bilərik ki, regionda sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların getdiyi bir vaxtda Makron Fransası Ermənistanı müharibəyə sürükləyir. Cənubi Qafqazı Ukrayna və Suriyaya çevirməyi planlaşdıran Qərb təşkilatları isə yenə susur, silahların verilməsinə göz yumurlar. Qərbin söz sahibi olan nüfuzlu dövlətləri və qurumları anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq.

Fransa və havadarları nədən Ermənistanı silahlandırıb bölgədə qarşıdurma yaratmağa çalışır?

Birinci və əsas səbəb Azərbaycanın 44 günlük 2-ci Qarabağ müharibəsi və sonrakı müddətdə bölgədə yaratdığı reallıqdır. Rəsmi Bakı separatizmə son qoyan ölkə kimi tarixə düşüb və artıq heç kim ona “Qarabağ kartı” ilə təzyiq göstərmək iqtidarında deyil. Bu da regionda marağı olan dövlətlərə, müxtəlif beynəlxalq təşkilatlara sərf etmir.

İkincisi, görünən odur ki, Fransa və onun havadarları Ermənistanı silahlandırmaqla bölgədə qarşıdurmanı gücləndirməyi prioritet elan ediblər. Paris iki ölkə arasında gərginliyi qoruyub saxlamaqda maraqlıdır. Makron hökuməti birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır. Görünür, Fransa Ermənistanı silahlandırmaq siyasətini heç bir vəchlə dayandırmaq fikrində deyil. Təəəsüf ki, Azərbaycan Fransanın məkrli planını başa düşüb pislədiyi halda, İrəvan hakimiyyəti kor-koranə ona dəstək verir.

Bəs Ermənistana təhvil veriləcək silahlar nə qədər etibarlı görünür? Ən müxtəlif səviyyələrdə onların heç nəyə yaramadığı vurğulanıb. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda konkret olaraq Fransanın “Bastion” zirehli texnikasının Ermənistana verilməsinin faydası ilə bağlı arqumentlərin olduqca sadəlövh göründüyünü bəyan edib. XİN rəsmisi “Ukraynada onların real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirdiklərini irəli sürüb.

Beləliklə, bütün bunlardan bu qənaətə gəlmək olar ki, Makron Fransası Ermənistanı məqsədli şəkildə fəlakətə sürükləməkdə israrlıdır. İrəvan da bu planın iştirakçısına çevrilib. Məsələ ondadır ki, Ermənistan hakimiyyətində bu məsələ ətrafında ikili mövqe var. Bəziləri hesab edirlər ki, Fransa onları silahla təchiz etmək əvəzinə, investisiya yatırsa, daha yaxşı olardı. Revanşistlər başda olmaqla digər bir qrup isə düşünür ki, fransız silahı ilə Ermənistanın itirilmiş mövqelərini bərpa edə biləcəklər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər