8 Dekabr 2023 20:23
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səyləri dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna XİN-in "X" hesabında bildirilib.

“Ukrayna Azərbaycan və Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları dəstəkləyir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik.

Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - Ukrayna XİN vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər