9 Dekabr 2023 19:15
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların başlaması müsbət bir haldır. Burada birbaşa razılığın olması mühüm amildir. Həmin razılığa əsasın həbs edilən müəyyən şəxslər qarşılıqlı olaraq azad edilir. Bu, əslində yeni bir prosesin başlandığını göstərir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Birbaşa olaraq Azərbaycanla Ermənistan arasında təmasın olması prosesi qarışdırmaq istəyən ünsürlərin də rolunun azalmasına xidmət edir. Bu həm də bölgədə inteqrasiya məsələlərinin, kommunikasiyaların qurulması baxımından da vacibdir” - deyə o qeyd edib.

Partiya sədrinə görə, gec-tez Azərbaycanla Ermənistan təkbətək qalacaqdı:

“Belə olan halda indidən bu insiyyətin qurulması, problemlərin həlli istiqamətində ortaq məxrəcə gəlinməsi ümumi işin faydasına olacaq. Yəqin ki, bu istiqamətdə olan gedişat bundan sonra da irəliləyəcək”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş nazirinin Aparatı birgə açıqlama yayıb. Həmin məlumatda Azərbaycanla Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür.

İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Xoşməramlı addım olaraq, Azərbaycan 32, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər