31 Dekabr 2023 02:00
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında müharibə hələ bir neçə ay davam edəcək.

Teleqraf.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

O əməliyyatın bütün məqsədlərə çatana və HƏMAS məhv edilənə qədər davam edəcəyini qeyd edib.

Netanyahu həmçinin xəbərdarlıq edib ki, Hizbullah qarşıdurmanın miqyasını genişləndirsə, İsrail nə Hizbullahın, nə də İranın təsəvvür edə bilməyəcəyi zərbələr endirəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər