24 Yanvar 00:55
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, səfir etimadnaməsini Maya Sanduya təqdim edib.

Görüşdə Moldova və Azərbaycan arasında siyasi dialoqun, eləcə də ticari-iqtisadi sahədə əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb.

Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Maya Sandu azərbaycanlı diplomatı Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Ülvi Baxşəliyev səfirliyin qarşısında ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.


Müəllif: Teleqraf.com