11 Fevral 14:07
11 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsinin Brüsseldə imzalanması həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Avropa Birliyi liderləri arasındakı son telefon danışığına diqqət çəkib:

"Dövlət başçısı İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin xahişi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir. Masada Fransa Prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək. Bunu Şarl Mişel də anlamamış deyil. Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa Birliyi ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Şarl Mişel üçün Avropa Birliyi rəhbərliyində son ildir. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir.

Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq, iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir. Əslində, sülh və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakı, həm də İrəvanın maraqlarına cavab verər. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbulu və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər