20 Fevral 12:25
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda referendumun keçiriləcəyi barədə xəbərlər yayılıb.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, bunun qarşıdakı ayların birində baş tutacağı deyilir.

İddialara görə, refendumda Naxçıvanın statusu, Nazirlər Kabinetinin taleyi və proporsional seçki sisteminin tətbiqi səsverməyə çıxarılacaq.

Belə bir referenduma ehtiyacın yarandığı haqda uzun zamandır söz-söhbətlərə rast gəlinir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, referendum layihəsində icra hakimiyyətlərinin ləğvi, prezidentin yerlərdəki xüsusi nümayəndəliklərinin tətbiqi və bələdiyyələrin gücləndirilməsi nəzərdə tutulub. Eləcə də dairə seçki komissiyalarının sayının artırılması, parlamentin tərkibinin genişləndirilməsi də ehtimal edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər