25 Mart 15:05
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktının səbəbləri, o cümlədən “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) iştirakı ilə bağlı təfərrüatlar barədə yekun versiya yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib.

“İstintaq davam edir və hələlik heç bir ahəngdar versiya səsləndirilməyib. Hələlik, ümumiyyətlə, heç bir versiya irəli sürülməyib”.

Kreml nümayəndəsi rəsmi hüquq-mühafizə orqanlarından məlumat gözləməyi tövsiyə edib.

Martın 22-də axşam saatlarında Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər