26 Mart 09:58
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Krımı geri qaytarmaq üçün hər şeyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aif.ru saytına müsahibəsində deyib.

Peskov əlavə edib ki, Kiyevin DXR, LPR, Zaporojye və Xerson vilayətlərinə iddialarından danışmağa əsası yoxdur. Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan Ukrayna ilə razılaşmanın müzakirəsi mənasızdır.

2014-cü ilin martında Krımda referendum keçirildi, nəticədə yarımada Rusiyanın ərazi hissəsinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrildi.

Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Xerson və Zaporojye vilayətləri 2022-ci ilin sentyabrında keçirilən referendumun nəticələrinə görə Rusiya Federasiyasının tərkibinə daxil olublar.


Müəllif: Pərvin Cəfərova