7 Aprel 11:41
5 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya seçim qoymur, ona görə də Kiyev kreditlə hərbi yardım almağa hazırdır.

Teleqraf.com “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz istənilən variantla razılaşacağıq. Üstəlik, Ukraynaya hər şeyi bu gün kreditlə və ya bir ildən sonra pulsuz vermək təklif edilsəydi, biz: "Yalnız bu gün" deyərdik. Bizim seçimimiz birdir - sağ qalmaq və qalib gəlmək”, – nəşr Ukrayna liderinin sözlərini çatdırır.

Eyni zamanda, o, Vaşinqtonda “ağılın qələbəsi”nə ümid etdiyini bildirib və Konqresin əlavə şərtlər olmadan Ukraynaya yeni maliyyə dəstəyi paketini razılaşdırmağa hazır olduğuna ümid etməyə çağırıb.

Kiyevə hərbi yardımdan danışan Zelenski ABŞ-dakı seçki prosesindən də danışıb. Onun sözlərinə görə, seçkilərə görə Ukrayna bəzi amerikalı siyasətçilərin uşaq davranışlarının girovuna çevrilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər