Əgər ABŞ Ukraynaya pul verməkdə davam edərsə, bu, ukraynalıların bütöv bir nəslinin daha da məhvinə səbəb ola bilər.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin bildirib.
Onun sözlərinə görə, söhbət ukraynalı kişilərdən gedir.
Konqresmen həmçinin bildirib ki, amerikalıların 70%-i Kiyevə təxminən 61 milyard dollar dəyərində yeni maliyyə yardımı paketinin verilməsini dəstəkləmir, lakin o, qeyd edib ki, Ukraynada müəssisələrdə işləmək üçün artıq insan çatışmazlığı var.
“Siz həqiqətən Ukraynanı dəstəkləyirsinizmi? Bu nə cür dəstəkdir? Amerika hökumətinə ayıb olsun”, - deyə siyasətçi əlavə edib.
Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Kiyevə yardım üçün demək olar ki, 61 milyard dolların ayrılmasını nəzərdə tutur.
Qanun layihəsinin lehinə 311 konqresmen, əleyhinə 112 konqresmen səs verib.