21 May 21:12
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Teleqraf.com xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin müvafiq qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər