22 May 19:10
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması bütün region üçün müsbət nəticələnəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında çıxışında deyib.

Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad edərək Cənubi Qafqazda davamlı sülhə yol açmasından çox məmnun olduqlarını bildirən Fidan Ermənistanın işğal edilmiş 4 kəndin Azərbaycana qaytarmasının, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşünün müsbət hal olduğunu qeyd edib.

"Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacağı təqdirdə bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələnəcək", - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər