23 May 16:15
3 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-İran münasibətlərinin yaxşılaşması Cənubi Qafqaz və Xəzər dənizi regionundakı vəziyyətə ümumi müsbət təsir göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Bu məntiq bizim Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı işimizdə xüsusi yer tutur. Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin 3+3 regional məsləhətçi platforması vasitəsilə sıx əməkdaşlığa sadiqik”, - rusiyalı diplomat bildirib.

Zaxarova hesab edir ki, regional məsələlər kənar oyunçuların müdaxiləsi olmadan həll edilməlidir:

“Qəti şəkildə inanırıq ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdırlar. Müvafiq müsbət təcrübə var və biz buna arxalanmalıyıq”.

Xatırladaq ki, bura Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya və İran daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər