24 May 10:41
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirakla bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər