24 May 16:25
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB dövlətləri üçün dost ölkələr və birliklərlə, o cümlədən BRİKS və ŞƏT-lə əməkdaşlığı daha da inkişaf etdirmək vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin birlik ölkələrindəki həmkarları ilə görüşündə deyib.

“Birliyin beynəlxalq nüfuzunu artırmaq üçün dost dövlətlər və inteqrasiya birlikləri ilə dialoqu davam etdirəcəyik. İlk növbədə Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu ilə”, - baş nazir bildirib.

Mişustin qeyd edib ki, digər məsələlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur.

Baş nazir əlavə edib ki, MDB ölkələri Rusiyanın xarici ticarətindəki payı durmadan artır, indi bu, 16 faizdən çoxdur: “Pisniyyətlilərin etirazına baxmayaraq, 2023-cü ildə birlik dövlətləri ilə ticarət dövriyyəmiz 5,8 faiz, bu ilin yanvar-mart aylarında isə 6.5 faizdən çox artıb”.

Mişustin vurğulayıb ki, MDB 2023-cü ildə ÜDM-in artımı baxımından Avropa Birliyini (AB) dəfələrlə üstələyib: “Ötən ilin sonunda MDB üzvlərinin ümumi daxili məhsulu 3.8 faiz, AB ölkələrində isə 0.5 faizdən az artıb”.

Həmçinin Mixail Mişustin MDB məkanında müstəqil ödəniş sisteminin yaradılmasına çağırıb


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər