25 May 20:00
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxın 4 kəndinin təhvil verilməsi və bu istiqamətdə delimitasiya prosesinin başlanması vacib məqamdır. Artıq 4 kənddə Azərbaycan sərhədçiləri təhlükəsizliyi təmin edib. Bu, tarixi hadisədir. Azərbaycan-Ermənistan arasında münaqişə dönəmindən sonra bu siyasi yolla həll edilən məsələ oldu.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

“Təbii ki, iki ölkə arasında sülhün bərqərar olması üçün bir sıra addımlar atılmalıdır. Qarşı tərəf bu addımları atmaq məcburiyyətindədir. Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər, kommunikasiya xətlərinin açılması və delimitasiya prosesinin davam etdirilməsi əsas şərtlərdəndir. Bunun ardınca isə sülh müqaviləsinin imzalanması başlıca amildir”,- deyə o qeyd edib.

Politoloq hesab edir ki, sülh prosesinə gedən yolda Qazaxın 4 kəndinin azad edilməsi və delimitasiya prosesinin başlanması vacib addımdır:

“Bundan sonra atılacaq vacib addımlardan biri kommunikasiya xəttlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu məsələ Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdir. Həmin öhdəliklər icra edilməlidir. Beləliklə, Azərbaycanın Naxçıvanla maneəsiz və təhlükəsiz əlaqəsinin qurulması təmin olunmalıdır”.

Oqtay Qasımova görə. Ermənistan rəhərliyi bu məsələni götür-qoy edir:

“ABŞ-nin Cənubi Qafqaz təmsilçisi Lui Bono ilə Ermənistan tərəfinin apardığı danışıqlarda müzakirə edilən məsələlər sırasında kommunikasiyaların açılması mövzusunun olduğu bəyan edildi. Bundan əlavə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə aparılan danışıqlar və Ermənistana ayrılan 500 milyon avroluq kreditin əhəmiyyətli hissəsinin kommunikasiyaların açılmasına yönəldilməsi faktı var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər