25 May 10:52
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzd Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq".


Müəllif: Teleqraf.com