24 May 18:24
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərər, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması kimi vacib məsələlərə hər zaman həssaslıqla yanaşıb, özünün konseptual mövqeyini ortaya qoyub. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əlyiyevin birbaşa diqqəti ilə mühüm addımlar atılır. Ölkə başçısının məhz ətraf mühitin qorunması və ekoloji balansın pozulmasına qarşı olan təsirli Sərəncam və Fərmanları bunun bariz nümunəsidir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələrdəndir: “Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi ilə digər ölkələrin də bu məsələdə fəal iştirakı üçün mühüm təkliflər və təşəbbüslərlə çıxış edir. Azərbaycan bütün bunların fonunda regionun karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirmək üçün vacib amil kimi önə çıxır. Sözsüz ki, bu gün Azərbaycanın alternativ enerji potensialı da yüksək qiymətləndirilir. 30 ilə yaxın Ermənistanın işğalında olan və ekoloji balansı ciddi şəkildə pozulan 20 faiz ərazilərimizdə bu gün Azərbaycanın özünün gücü və imkanları ilə yaşıl enerji, “ağıllı kənd”, “ağıllı şəhər”, sıfır tullantı, ekologiyaya zərər vurmayan vacib layihələr icra edilir. Bu ölkəmizin neft və digər zəngin karbohidrogen ehtiyyatları ilə zəngin və ixracatçı olmasına baxmayaraq özünün düzgün və strateji konsepsiyasının mahiyyətindən irəli gəlir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində də bu kimi vacib amillərə dair mühüm mesajlar verib: “Cənab Prezident qeyd edib ki, “konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik”. Təbii ki, Azərbaycanın qlobal mahiyyətli bir platformaya malik COP29-a ev sahibliyi etməsi ölkəmizin yaşıl enerji amilinə olan önəminin bariz nümunəsidir”.

Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə məsələsində hər zaman töhfələrini verib: “Bu xüsusda COP29-a ev sahibliyi məhz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin mahiyyətindən qaynaqlanır. Bu Azərbaycan dövlətinə, Onun Prezidentinə olan ən yüksək inam və etimadın bariz nümunəsidir. Sözsüz ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Eyni zamanda Azərbaycan bir müddət öncə BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi də ölkəmizin strateji hədəflərinin dünya birliyi tərəfindən doğru-düzgün qəbul edilməsinin mahiyyətindən irəli gəlir Məhz bu kontekstdə COP29 qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı Azərbaycanın iqlim dəyişiklikləri və ekoloji balansın qorunması naminə nə dərəcədə vacib tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər