25 May 22:10
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələrinin rəhbərliyi öz hərbi qüvvələrini Ukrayna ərazisinə göndərməyi təklif etməyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The New York Times” qəzetinə müsahibəsində etiraf edib.

"Doğrudur, heç kim bizə heç nə təklif etməyib" deyən Zelenski Ukraynanın hərbi kontingent göndərmək üçün belə təşəbbüslər üçün sorğu göndərmədiyini vurğulayıb.

NATO hərbçilərinin göndərilməsi ilə bağlı bütün məlumatlar indiyədək mediada yayılıb, lakin real qərarlar qəbul edilməyib. "Onlar mediada çox şey dedilər, amma heç nə olmadı", - Zelenski əlavə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər