27 May 10:46
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub, nəticədə 39 nəfər yaralanıb, 10 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər