28 May 00:13
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır.

Teleqraf.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin “Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

İqlim dəyişikliyinin həmin dövlətlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olduğun vurğulayan dövlətimizin başçısı qeyd edib:

“COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər