30 May 14:36
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sabiq lideri Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtdığı və “hərəkat” yaratdığı ilə bağlı məlumatlar yayılıb. Bir qrup siyasətçi və fəal şəxsin “Qurucular hərəkatı” yaratdığı haqqında elan da verilib. Sabiq ALP sədri Əvəz Temirxan hərəkatın Lalə xanımın razılığı ilə yaradıldığını, məqsəd də qarşıdakı parlament seçkilərində və aktiv siyasi proseslərdə iştiraka hədəfləndiyini söyləyib.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri Lalə Şövkətin oğlu Sidqi Şövkət deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

“Lalə xanım aktiv siyasətdə deyil. Əvəz bəyin dediyi fikirlər həqiqətdən uzaqdır”, - deyə o əlavə edib.

Sidqi Şövkət bildirib ki, yeni hərəkat Əvəz Temirxanın öz təşəbbüsüdür: “Lalə xanımın bu addımlardan və proseslərdən xəbəri yoxdur. O, indi aktiv siyasətdən tamamilə uzaqdır. Hələ ki Lalə xanımın aktiv siyasətə qayıtmaq niyyəti yoxdur. Növbəti parlament seçkilərinə qatılmaqla bağlı söylənən fikirlər də yalandır. Lalə xanım seçkilərə qatılmayacaq”.

Qeyd edək ki, ləğv edilmiş ALP-nin sabiq sədri Əvəz Temirxan “Quruculuq hərəkatı”nın təsis edildiyini, bunu Lalə Şövkətlə razılaşdırıldığını və xanım siyasətçinin parlament seçkilərində namizəd ola biləcəyini iddia etmişdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər