Həbsdə olan müəllim deputat seçilib.
Teleqraf.com xəbər verir ki, İtaliyalı solçu İlariya Salis 2023-cü ilin əvvəlində Budapeştdə neonasist etirazçılara fiziki hücum etməkdə təqsirli bilinərək həbs edilib.
15 aydır həbsdə olan İtaliya vətəndaşı İlariya Salis bazar günü Avropa Parlamentinə keçirilən seçkilərdə parlament üzvü seçildiyi üçün Macarıstanda həbsdən azad ediləcək.
İtaliyanın Monza şəhərində yaşayan 40 yaşlı müəllim ilk gündən ittihamları rədd edib, yalnız dinc aksiyalarda iştirak etdiyini iddia edib.
Qeyd edək ki, məhkəməyə əlləri qandallı və ayaqları zəncirlə gətirildikdən sonra Avropa qəzetlərinin manşetlərinə çıxan Salis İtaliya ilə Macarıstan arasında diplomatik gərginliyə səbəb olub.
Xatırladaq ki, Avropada keçirilən seçkilərdə Yaşıllar və Sol Alyansı 7 faiz səs toplayıb və bu partiyadan namizəd olan Salis Avropa Parlamentinin deputatı seçilib.
Macarıstan məhkəmə sistemi bu qərara etiraz etməsə, Salis deputat toxunulmazlığı sayəsində azadlığını bərpa edəcək.